Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Yanğın baş verən məktəbdə tədris sabahdan bərpa olunacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Yanğın baş verən məktəbdə tədris sabahdan bərpa olunacaq
# 06 noyabr 2014 08:09 (UTC +04:00)

İdarədən APA-ya verilən məlumatda bildirilir ki, səhər saatlarında 51 nömrəli orta məktəbdə qısaqapanma səbəbi ilə yanğın baş verib.

Bu zaman məktəbdə olan şagirdlər və müəllim kollektivi təxliyə edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Məktəbdə tədris sabahdan etibarən bərpa olunacaq.

51 saylı məktəbin direktoru Lətafət Səmədova da APA-ya bildirib ki, şagirdlər yanğına görə evə buraxılıblar, bu gün məktəbdə dərs olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR