Bakıda məhkum xəstəlikdən ölüb

Bakıda məhkum xəstəlikdən ölüb
# 09 sentyabr 2014 08:58 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda məhkum xəstəlikdən ölüb.

APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində qeydə alınıb.

Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirilərək həbs edilən, 1964-cü il təvəllüdlü Fəxrəddin Qəhrəman oğlu Həsənov müalicə aldığı müəssisədə dünyasını dəyişib.

Nizami Rayon Prokurorluğundan APA-ya məhkumun ölüm faktını təsdiqləyiblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR