Sığorta tələblərinin tənzimlənməsi üzrə yeni sistemin istifadəsinə başlanacaq

Sığorta tələblərinin tənzimlənməsi üzrə yeni sistemin istifadəsinə başlanacaq
# 31 oktyabr 2014 15:01 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Noyabr ayının 3-dən sığorta tələblərinin tənzimlənməsi üzrə yeni sistemin istifadəsinə başlanacaq.

İSB-dan “APA-Economics”ə verilən məlumata görə, məqsəd büronun iştirakçıları olan sığorta şirkətlərinə qarşı irəli sürülən sığorta tələblərinin tənzimlənməsi prosesini təkmilləşdirmək və sığorta tələblərinin tənzimlənməsi prosesini daha səmərəli idarə etməkdir.

Yeni proqram təminatı vasitəsilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə İSB iştirakçıları olan sığorta şirkətlərinə qarşı irəli sürülən sığorta tələblərinin tənzimlənməsi prosesinin həyata keçirilməsi mümkün olacaq.

Yeni sisteminin aşağıdakı üstünlükləri var:

- Sığorta tələbləri üzrə şifahi müraciətdən başlayaraq sığorta ödənişinin verilməsinədək, həmçinin subroqasiya işinin yekunlaşdırılmasınadək prosesin idarə edilməsi;

- Sığorta tələbinin tənzimlənməsinin müvafiq mərhələlərində sistemin texniki imkanları hesabına iş üzrə sms, elektron poçt və ya rəsmi məktub vasitəsi ilə məlumatlandırma. Misal: İnformasiya sistemində sığorta tələbi qeydiyyatı mərhələlərində (sığorta tələbinin qeydiyyatı, təsdiqi, ödənişi) sistemdən ərizəçiyə, zərəçəkən şəxsə, faydalanan şəxsə sms, elektron poçt vasitəsilə bildirişlərin göndərilməsi.

- Müvafiq sığorta tələbi üzrə çatışmayan sənədlərin sistem tərəfindən müəyyən olunması, sığorta tələbini irəli sürən şəxsin, o cümlədən sığorta şirkətinin həmin sığorta tələbi ilə işləyən əməkdaşının bu barədə məlumatlandırılması;

- Sığorta tələbinə dair müxtəlif (sığorta ödənişləri və s. haqqında) hesabatların birbaşa Exel, PDF formatına köçürülməsi, aylıq, rüblük , illik hesabatların əldə olunması;

- Sığorta tələbləri və sığorta hadisələri barədə daha ətraflı və dolğun statistik məlumatların əldə edilməsi və sair;

Qeyd edək ki, sistemin tətbiqinə başladıqdan bir müddət sonra vətəndaşlar üçün büronun internet səhifəsi üzərindən sığorta tələbinin statusunun öyrənilməsi, sığorta tələbi haqqında qısa tarixçənin əldə edilməsi imkanı da yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR