Ermənilərin qətlə yetirdiyi Tərtər sakininin meyiti ailəsinə təhvil verilib - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Ermənilərin qətlə yetirdiyi Tərtər sakininin meyiti ailəsinə təhvil verilib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 19 iyul 2014 20:23 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, onun meyitini yerli hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindən götürüblər. M. Əliyevin cəsədi Tərtər MRX-nın morqunda müayinə edildikdən sonra ailəsinə təhvil verilib.

**** 17.58

Tərtər. Teymur Zahidoğlu-APA. Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində bir nəfər mülki şəxs ölüb.

APA-nın məlumatına görə, Tərtər şəhər sakini Mübariz Əliyev Çaylı kəndi yaxınlığında Tərtər çayı sahilində balıq tutarkən Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən açdığı atəş nəticəsində öldürülüb.

Hadisə iyulun 18-də axşam saatlarında baş verib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin hadisə yerindən çıxarılmasına çalışırlar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR