NATO ölkələri Donetsk və Luqanskda keçiriləcək seçkiləri tanımayacaq

NATO ölkələri Donetsk və Luqanskda keçiriləcək seçkiləri tanımayacaq
# 31 oktyabr 2014 15:20 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Ukraynanın Donetsk və Luqansk vilayətlərində separatçılar tərəfindən keçiriləcək seçkilər münaqişənin həlli istiqamətində göstərilən səyləri heçə endirəcək.

APA-nın məlumatına görə, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

Y. Stoltenberq seçkilərin Ukrayna qanunlarını pozduğunu və Minsk razılaşmasına zidd olduğunu deyib.

“Rusiya rəsmiləri deyirlər ki, Moskva bu seçkiləri tanıyacaq. Bu isə Rusiyanın Ukraynada sabitliyi pozmaq cəhdlərini davam etdirdiyini sübut edir. NATO ölkələri bu qondarma seçkiləri tanımayacaq. Mən Rusiyanı münaqişənin sülh yolu ilə həllinə imkan verən Minsk razılaşmasının şərtlərinə hörmətlə yanaşmağa çağırıram”, - deyə o vurğulayıb.

Qeyd edək ki, separatçılar noyabrın 2-də Donetsk və Luqanskda parlament seçkilərini keçirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR