“Bakutel” çərçivəsində QDİƏT-in Elm və Texnologiyada Əməkdaşlıq üzrə İşçi Qrupunun iclası keçiriləcək

“Bakutel” çərçivəsində QDİƏT-in Elm və Texnologiyada Əməkdaşlıq üzrə İşçi Qrupunun iclası keçiriləcək
# 21 noyabr 2014 09:56 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu il dekabrın 1-2 tarixlərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Elm və Texnologiyada Əməkdaşlıq üzrə İşçi Qrupunun iclası keçiriləcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Elm və Texnologiyada Əməkdaşlıq üzrə İşçi Qrupunun növbəti dövr üçün koordinatoru seçilib.

Bakıda baş tutacaq tədbirdə üzv ölkələrin elm və texnologiyalar məsələləri müzakirəyə çıxarılacaq və bu istiqamətdə fikir mübadiləsi aparılacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək iclas “Bakutel-2014” telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində reallaşdırılacaq.

Dekabrın 3-də isə QDİƏT-ə üzv ölkələrin elm və texnologiyalar üzrə nazirlərinin iclası təşkil olunacaq.

İclasda QDİƏT-in baş katibi Viktor Tsvirkunun da iştirakı nəzərdə tutulub.

Bu tədbirdə də səlahiyyətli şəxslər çıxış edərək təşkilatın əhatə etdiyi ərazilər üzrə elm və texnologiya məsələlərini gündəmə gətirəcəklər.

İclasın nəticəsi olaraq Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Elm və texnologiya üzrə Əməkdaşlığının 3-cü planı qəbul olunacaq. Eyni zamanda nazirlər bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR