Azərbaycandan ixrac olunan xam neft, neft məhsulları və təbii qazın həcmi azalıb

Azərbaycandan ixrac olunan xam neft, neft məhsulları və təbii qazın həcmi azalıb
# 18 avqust 2014 12:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyul aylarından Azərbaycandan ixrac olunan xam neft, neft məhsulları və təbii qazın həcmində azalma mövcuddur.

APA-Economics”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin 7 ayında ölkədən xaricə 13 249 052,33 min ABŞ dolları dəyərində ümumi ixrac əməliyyatı həta keçirilib. Bunun 11 342 821,88 min dolları və ya ixracın 85,61% payını xam neft təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 2,2% azdır.

Bu müddət ərzində ölkədən 699 898,48 dollar dəyərində neft məhsulları ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3% azdır.Bu ilin 7 ayı ərzində 215 824,10 min dollar dəyərində təbii qaz ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 56,4% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR