Samuxda avtomobilin yük yerindən meyit tapılıb - VİDEO

Samuxda avtomobilin yük yerindən meyit tapılıb - <span style="color: red;">VİDEO
# 02 avqust 2014 13:44 (UTC +04:00)

Samux rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gün günorta saatlarında rayonun Sərkar kəndi ərazisində baş verib.

Boğaz nahiyəsindən bıçaqlanaraq öldürülən Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Bədəlov Səyyad Əvəz oğlunun meyiti özünə məxsus 60 BM 065 dövlət nömrə nişanlı LADA avtomobilinin yük yerindən aşkarlanıb.

Bu gün səhər saatlarında kənd sakinləri hadisə barədə polisə məlumat veriblər.

Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR