Hadı Rəcəbli: “Azərbaycanda 12 min Qarabağ əlili, 18 min şəhid ailəsi var”

Hadı Rəcəbli: “Azərbaycanda 12 min Qarabağ əlili, 18 min şəhid ailəsi var”
# 10 dekabr 2014 08:50 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu millət vəkili Hadı Rəcəbli “Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində bərabər imkanlar” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda demokratik dövlət qurulmasının və insan hüquqlarının təmin edilməsinin əsası Heydər Əliyev tərəfindən qoyulub: “Azərbaycanda 1 milyon insanın bütün hüquqlarının pozulduğu bir dövrdə Heydər Əliyev hakimiyyətə gəldi. Bu dövrdə ilk addımlar atmaq, insan hüquqları konvensiyasına qoşulmaq, uşaq hüquqları haqqında qanun qəbul etmək olduqca ağır idi. Amma Heydər Əliyevin sayəsində keçid dövrünün islahatları həyata keçirildi. Bu gün də qanunvericilikdə elə sənədlər qəbul etməyə çalışırıq ki, icra vaxtı boşluqlar olmasın. Bəzən qanunlarda hansısa boşluq olanda icrada problem yaradır. Əsas məqsəd qanunların daha kəskin hazırlanması və yerlərdə onun icrasına nəzarətin həyata keçirilməsidir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR