Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış 64 yaşlı qadın xilas olunub

Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış 64 yaşlı qadın xilas olunub
# 11 avqust 2014 22:45 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, mənzilin giriş qapısının kilidi sınıb. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 7-ci mərtəbənin eyvanından enərək daxil olublar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 23:59-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR