Noyabrda Bakıda elm festivalı keçiriləcək

Noyabrda Bakıda elm festivalı keçiriləcək
# 03 oktyabr 2014 12:20 (UTC +04:00)

Bakı. Aynur Əliyeva -APA. Noyabrda Bakıda elm festivalı keçiriləcək. APA-nın xəbərinə görə, bu haqda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə məlumat verib.

Onun sözlərinə görə, artıq tədbirin formatı və proqramı müəyyənləşdirilib.

Festivalda gənc alimlərin elmin bütün sahələri üzrə çıxışları, yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, elmi laboratoriyalara ekskursiyalar, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən cəlbedici şoular, akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur. Tədbirdə yeni elmi texnologiya və innovativ nailiyyətlər də təqdim olunacaq. A.Əlizadə bildirib ki, ölkədə elm sahəsinə marağı artırmaq üçün orta məktəblər şagirdlərinin də tədbirdə iştirakı nəzərdə tutulub. O, əlavə edib ki, festivalı səmərəli keçərsə, daha sonra bütün ölkə boyu elm festivalı təşkil olunacaq.

Qeyd edək ki, tədbir AMEA-nın təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə hazırlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR