Zaqatala rayon sakini qətlə yetirilib - VİDEO

Zaqatala rayon sakini qətlə yetirilib - <span style="color: red;">VİDEO
# 18 sentyabr 2014 10:14 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada qətl hadisəsi baş verib.

Zaqatala Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə sentyabrın 17-də Zaqatala şəhərində qeydə alınıb.

Şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Ələsgərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və aldığı xəsarətlərdən orada dünyasını dəyişib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri ilə hadisəni törədən, Qazangül qəsəbə sakini Kamran Məmmədov tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb, zəruri istintaq-əməliyyat tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR