İran ağır qırıcı təyyarələrin istehsalına başlamağı planlaşdırır

İran ağır qırıcı təyyarələrin istehsalına başlamağı planlaşdırır
# 29 avqust 2017 18:24 (UTC +04:00)

İran ağır qırıcı təyyarələrin istehsalına başlamağı planlaşdırır. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu ölkənin müdafiə naziri general Əmir Hətami bildirib.

“Ağır döyüş təyyarələrinin istehsalına başlamağı planlaşdırırıq. Artıq hazırlıq işləri aparılıb və ilkin araşdırmalar başa çatıb... İran strateji hərbi-hava qüvvələrini inkişaf etdirməlidir”, - deyə nazir bildirib.

Əmir Hətaminin sözlərinə görə, İran artıq havadan müdafiə vasitələrinin istehsalı sahəsində müəyyən irəliləyişlərə nail olub: “İran mütəxəssislərinin yaratdığı uzaq mənzilli “Bavar – 373” raket sisteminin 85 faizi artıq hazırdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR