Razi Nurullayev İraq səfiri ilə görüşüb

Razi Nurullayev İraq səfiri ilə görüşüb
# 14 mart 2013 12:04 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini, “Region” Beynəlxalq Analitik Mərkəzinin rəhbəri Razi Nurullayev İraqın Azərbaycandakı səfiri Heydar Şiya Ghubeşi Albarrak ilə görüşüb. R. Nurullayevin APA-ya verdiyi məlumata görə, görüşdə analitik mərkəzlə İraq səfirliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Görüşdə, həmçinin, qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR