Ermənistan Ordusunda kütləvi zəhərlənmə olub

Ermənistan Ordusunda kütləvi zəhərlənmə olub
# 13 noyabr 2013 10:48 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Ermənistan Ordusunda kütləvi zəhərlənmə olub. APA-nın bildirdiyinə görə, bu barədə «Aykakan Jamanak» qəzeti məlumat yayıb.

Kütləvi zəhərlənmə 4 gün əvvəl Ararat şəhərində yerləşən hərbi hissədə baş versə də Ermənistan Müdafiə Nazirliyi faktı ictimaiyyətdən gizlədib.

Hadisə nəticəsində hərbi hissədə xidmət edən 40-dan artıq hərbçi zəhərlənib. Zəhərlənmənin əsgərlərə verilən toyuq ətindən olduğu bildirilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR