Amerikanın “The Economist” jurnalında Ermənistan-Azərbaycan münaqişəsi barədə məqalə dərc edilib

Amerikanın “The Economist” jurnalında Ermənistan-Azərbaycan münaqişəsi barədə məqalə dərc edilib
# 06 oktyabr 2013 04:38 (UTC +04:00)

Bakı-APA.Amerikada çıxan “The Economist” jurnalı Ermənistan-Azərbaycan münaqişəsi barədə “Dağlıq Qarabağ münaqişəsi: irinləyən yara” sərlövhəli məqalə dərc edib. APA-nın "AzərTAc"a istinadən verdiyi xəbərə görə, məqalədə Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyəti və Böhranların Qarşısının Alınması üzrə Beynəlxalq Qrupun Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı bu yaxınlarda dərc olunmuş hesabatı təhlil edilib.

Məqalə müəllifləri Ermənistanla Azərbaycan arasında artıq iyirmi beş il davam edən münaqişə barədə söhbət açır, oxucunun diqqətini buna cəlb edirlər ki, ATƏT-in Minsk qrupu tərəflər arasında barışığa nail ola bilməyib. Jurnalda qeyd edilir ki, ermənilər öz mətbuatında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərini “azad edilmiş ərazi” adlandıraraq, vəziyyəti daha da mürəkkəbləşdirirlər. Məqalədə həmçinin, Ramil Səfərovun həbsdən azad edilməsi və Ermənistan tərəfindən törədilən təhrikçi hərəkətlər, o cümlədən Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Xocalı aeroportunun açılması mövzularına toxunulur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR