«Bank Technique» mənfəətə çıxıb

«Bank Technique» mənfəətə çıxıb
# 31 yanvar 2014 12:35 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Technique» ASC-nin 2013-cü ildə əldə etdiyi gəlirlərin həcmi 43,763 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq göstəricisindən 49,5% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri il ərzində 46,3% azalaraq 40,026 mln. manata çatıb.

Bankın hesabatına əsasən, 2013-cü il ərzində bank 3,737 mln. manat həcmində mənfəət əldə edib, halbuki 2012-ci ili bank 45,176 mln. manatlıq zərərlə başa vurub.

Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 25,174 mln. manat, qeyri-faiz gəlirləri 18,589 mln. manat, faiz xərcləri 18,102 mln. manat, qeyri-faiz xərcləri isə 20,976 mln. manata bərabər olub. Ötən il bankın 7,072 mln. manat həcmində faiz mənfəəti müşahidə olunub, halbuki əvvəlki ildə 4,495 mln. manat həcmində faiz zərəri olub. Eyni zamanda, qeyri-faiz zərəri 2013-cü ildə 16,8 dəfə azalaraq 2,388 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR