«Paşa Sığorta» şirkəti nizamnamə kapitalını 25% artırır

«Paşa Sığorta» şirkəti nizamnamə kapitalını 25% artırır
# 29 yanvar 2014 08:34 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «Paşa Sığorta» ASC-nin hər birinin nominal dəyəri 1 250 manat olan 40 000 ədəd adi sənədsiz adlı səhmlərinin emissiya prospekti dövlət qeydiyyatına alınıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Komitənin məlumatında deyilir.

Məlumata əsasən, səhmlər «Paşa Sığorta»nın hər birinin nominal dəyəri 1 000 manat olan 40 000 ədəd adi adlı sənədsiz səhmlərinin yeni səhmlərə konvertasiyası yolu ilə yerləşdiriləcək. Beləliklə, şirkətin nizamnamə kapitalı 25% artırılaraq 50 mln. manata çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR