Türkiyə XİN 3 oktyabr - Türk Dilində Danışan Ölkələrin Əməkdaşlığı Günü ilə bağlı açıqlama yayıb

Türkiyə XİN 3 oktyabr - Türk Dilində Danışan Ölkələrin Əməkdaşlığı Günü ilə bağlı açıqlama yayıb
# 03 oktyabr 2013 08:10 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 3 oktyabr - Türk Dilində Danışan Ölkələrin Əməkdaşlığı Günü münasibətilə məlumat yayıb.

APA-nın Türkiyə XİN-in saytına istinadən verdiyi məlumata görə, Türk Dilində Danışan Ölkələrin Əməkdaşlıq Şurası (Türk Konseyi) Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında 2009-cu il oktyabrın 3-də Naxçıvanda imzalanmış «Türk Dilində Danışan Ölkələrin Əməkdaşlıq Şurasının Qurulmasına dair Müqavilə» ilə regional əməkdaşlıq təşkilatı olaraq qurulub.

«Naxçıvan anlaşmasının imza tarixinin ildönümü olan 3 oktyabr Türk Dilində Danışan Ölkələr Əməkdaşlıq Günü olaraq qeyd olunmaqdadır. Türk dilində danışan xalqlarımızın bu mənalı gününü qeyd edir, bu günün xalqlarımızın daha güclü əməkdaşlıq və həmrəyliyinə səbəb olacağını düşünürük», - deyə XİN-in məlumatında qeyd olunub.

Nazirlik həmçinin qeyd edib ki, Türk Konseyinin təməlini Türk dünyasını meydana gətirən xalqların tarix, mədəniyyət və dil kimi ortaq dəyərləri təşkil edir: «Türk Konseyinin həm bölgədə, həm də beynəlxalq cəmiyyətdə layiq olduğu yeri və etibarı qazanaraq, Avrasiya coğrafiyasında sülh, sabitlik və rifah mühitinə müsbət qatqılar təmin edəcəyinə inanırıq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR