Azərbaycan içki istehsalını 15% artırıb

Azərbaycan içki istehsalını 15% artırıb
# 29 dekabr 2013 10:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda qida və içki istehsalı müəssisələri tərəfindən 2,5 mlrd. manat həcmində məhsul istehsal edilib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə qida məhsullarının istehsalında 2,8%, içki istehsalında isə 14,7% artım müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından qənd və şəkər tozunun istehsalı 4,2% artaraq 356,7 min ton, üzlü süd istehsalı 1,3% artaraq 761,5 min ton, pendir və kəsmik istehsalı 1,4% artaraq 43,5 min ton, cem və marmelad istehsalı 2,9% artaraq 9,8 min ton, pivə istehsalı 13,3% artaraq 5,2 mln. dekalitr, alkoqolsuz içkilərin istehsalı 5,6% artaraq 24,8 mln. dekalitr təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR