Dow Jones indeksi 0,9%, S&P 500 0,7%, Nasdaq 0,7% enib

Dow Jones indeksi 0,9%, S&P 500 0,7%, Nasdaq 0,7% enib
# 04 mart 2014 06:26 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Martın 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 16 168 bəndədək, S&P 500 0,7% - 1 846 bəndədək, Nasdaq 0,7% - 4 277 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına əsasən xarici amillər, xüsusən də Ukrayna ilə bağlı gərginlik təsir edib.

Avropa fond bazarlarında martın 3-də FTSE 100 indeksi 1,5% - 6 708 bəndədək, Almaniya DAX-ı 3,4% - 9 359 bəndədək, Fransa CAC-40-ı isə 2,7% - 4 291 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 350,40 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3733 dollar (-0,3%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR