“Bank Technique”in Yasamal filialı yeni ünvana köçüb

“Bank Technique”in Yasamal filialı yeni ünvana köçüb
# 06 avqust 2013 13:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Bank Technique” ASC filiallarının geolokasiyası ilə bağlı həyata keçirdiyi yeni siyasətinə uyğun olaraq Yasamal filialının da yerini dəyişib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Bankın Yasamal filialı Yasamal rayonu, 7-ci Sallaqxana küçəsi 7 ünvanından 547-ci məhəllə, İnşaatçılar prospekti-3 ünvanında yeni konsepsiya ilə təmir olunan binaya köçüb. Üstün xidmət səviyyəsi təqdim olunan filialda Bankın müştərilərinə yüksək texnoloji xidmət göstərilməklə yanaşı, onların istifadəsinə bir-birindən faydalı və fərqli məhsullar da təklif olunur.

Xatırladaq ki, iyul ayı ərzində, Bankın “Proqress” filialının da ünvanı dəyişilərək, Nəsimi rayonu, Ak. Mir-Qasımov küçəsi 10/18 ünvanından Azadlıq prospekti 87 ünvanına köçüb. Eyni zamanda, bu ay “Bank Technique” üçün daha bir filialının - Səbail rayonu, Nizami küçəsi 68 ünvanında yerləşən “Mərkəz” filialının açılması ilə də əlamətdar olub.

Qeyd edək ki, hazırda bankın Bakı şəhəri və regionlarda 32 filialı və 6 şöbəsi fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR