Rusiya ilə ABŞ arasında əmtəə dövriyyəsi 50% azala bilər

Rusiya ilə ABŞ arasında əmtəə dövriyyəsi 50% azala bilər
# 29 aprel 2014 02:16 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya-Amerika ticarət palatasının prezidenti Sergey Millian bəyan edib.

“Cari ildə azalma maksimal 20% ola biləcəyi halda, gələn il tənəzzül 50%-ə çata bilər” – deyə Millian bildirib.

Onun sözlərinə görə, Rusiyada fəaliyyət göstərən ABŞ şirkətləri maliyyə itkiləri ilə üzləşəcəklər.

“İqtisadi cəhətdən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Amerikaya fayda vermir. Lakin ortaya siyasi məqsəd qoyulub və Ag Ev artıq iqtisadi amillərə nəzər yetirmir”, - Millian vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR