Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti sentyabrda Həştərxanda keçiriləcək

Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti sentyabrda Həştərxanda keçiriləcək
# 02 iyun 2014 09:43 (UTC +04:00)

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan bildirib.

Onun sözlərinə görə, zirvə toplantısında 5 sahilyanı ölkənin dövlət başçısı iştirak edəcək: “İran prezidenti Həsən Ruhani də rusiyalı həmkarı Vladimir Putinin dəvətini qəbul edib”.

L.Caqaryan həmçinin deyib ki, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun yığıncağı iyunun 11-12-də Tehranda keçiriləcək: “Rusiya prezidentinin Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi İqor Bradçikov bu məqsədlə İrana səfər edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR