Əlikənd-Ləki dəmir yolunun əsaslı təmirinə başlanılıb - FOTO

Əlikənd-Ləki dəmir yolunun əsaslı təmirinə başlanılıb - <span style="color: red;">FOTO
# 06 noyabr 2013 07:25 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Bakı-Böyük Kəsik dəmir yolunun Əlikənd-Ləki mənzilində 9 600 metr yolun əsaslı təmirinə başlanılıb. Səhər saatlarında start götürən təmir işləri 10 gün davam edəcək. Əsaslı təmir işlərini «Dəmiryolservis» MMC-nin müəssisələri həyata keçirir.

«Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyev bildirib ki, Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində əsaslı təmir işlərinə 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci km-də start verilib. Bu günə kimi 291 km yol əsaslı təmir olunub. Bunun 235 km-nin 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatıb.

QSC-nin İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiya «Eximbank»ının nəzarət qrupu müşahidə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR