İraqda terror aktı nəticəsində 5 iranlı zəvvar ölüb

İraqda terror aktı nəticəsində 5 iranlı zəvvar ölüb
# 25 may 2013 18:48 (UTC +04:00)

Bakı-APA. İraqın paytaxtı Bağdad şəhərinin şimalında mina quraşdırılmış avtomobilin partladılması nəticəsində 5 iranlı zəvvar ölüb, 19 nəfər isə yaralanıb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə,

İranlı zəvvarlarla dolu avtobus Balad şəhərindən Samarra şəhərinə hərəkət edərkən yol kənarına mina quraşdırılmış avtomobildə partlayış törədilib.

Xatırladaq ki, qeyd olunan marşrutda mayın 20-də analoji terror aktı törədilib. Hadisə nəticəsində 8 iranlı zəvvar ölüb, 15 nəfər isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR