Ucar rayon sakinindən narkotik götürülüb

Ucar rayon sakinindən narkotik götürülüb
# 05 mart 2014 09:27 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucar rayon sakinindən narkotik maddə götürülüb. Ucar Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, şəhər sakini Seyidov Mirağa Ağamir oğlunun üzərində narkotik maddə olması barədə şöbəyə məlumat daxil olub. Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat - axtarış tədbirləri nəticəsində M. Seyidov saxlanılıb və onun üzərindən 6.2 qram narkotik maddə olan qurudulmuş marixuana aşkarlanıb. Onun evinə baxış keçirilərkən daha 20 qram narkotik maddə götürülüb.

Qeyd edək ki, saxlanılan M. Seyidov əvvəllər də iki dəfə narkotik maddədən istifadə etdiyinə görə həbs edilib.

Faktla bağlı Ucar Rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR