Azərbaycanın ötən ilki dövlət büdcəsində gənclərin xaricdə təhsilinə yönəlmiş vəsaitin 43%-i istifadə olunub

Azərbaycanın ötən ilki dövlət büdcəsində gənclərin xaricdə təhsilinə yönəlmiş vəsaitin 43%-i istifadə olunub
# 16 may 2014 10:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın ötən ilki dövlət büdcəsində gənclərin xaricdə təhsilinə yönəldilmiş vəsaitin 43%-i istifadə olunub.

APA-Economics”in məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Onun sözlərinə görə, bu proqramın başa çatmasına az qalıb: “Bu gün bu proqram sayəsində 5 000 tələbə xaricdə təhsil almalı idi. Amma bu günədək bu proqramla 2602 nəfər tələbə xaricə təhsil almağa göndərilib”.

Millət vəkili deyib ki, bu gün Azərbaycanın xaricdə təhsil almış kadrlara ciddi ehtiyacı var: “Amma bu proqramın bu ilin dövlət büdcəsində neçə faiz icra olunduğu göstərilmir. Düşünürəm ki, bu səbəbdən bununla bağlı xüsusi dövlət proqramı qəbul olunmalıdır”.

Q.Həsənquliyev ipoteka kreditlərinin şərtlərinin olduqca ağır olduğunu və bu şərtlərin sadələşdirilməli olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR