DİN Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən dəstə üzvlərinin adlarını açıqlayıb - VİDEO - YENİLƏNİB

DİN Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən dəstə üzvlərinin adlarını açıqlayıb - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 25 iyun 2014 10:30 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, zərərsizləşdirilən dəstə üzvləri Bakı şəhər sakinləri - 24 yaşlı Əli Həsənli, 19 yaşlı Şamxal Məmmədov, 20 yaşlı Zaur Hüseynov, 22 yaşlı Ağsu sakini Mirəli Gəraylı və 25 yaşlı Bərdə sakini Sadiq Abbasovdur.

Məlumatda qeyd olunur ki, mütəşəkkil dəstənin başçıları Əli Həsənli və Şamxal Məmmədovdur. Onlar əvvəlcədən əlbir olaraq xüsusi maskalar əldə ediblər. Daha sonra isə Suraxanı rayonunda yerləşən “LUKoil” yanacaqdoldurma məntəqəsinə basqın planını qurublar. Dəstə üzvləri basqın zamanı “Tofaş” markalı avtomobildən istifadə ediblər.

Yanacaqdoldurma məntəqəsini qarət etdikdən sonra dəstə başçısı Ə.Həsənli Suraxanı rayon sakini, 1976-cı il təvəllüdlü Aynurə Bayramovanın evinə basqın edib. O, ev sahibəsini hədələyərək, mənzildən 220 manat pul və qızıl-zinət əşyalarını da götürərək hadisə yerindən qaçıb.

Hazırda tutulan dəstə üzvlərinin digər cinayətlərinin olub-olmadığı araşdırılır.

Daxili İşlər Nazirliyi həbs olunan dəstə üzvlərinin fotolarını da APA-ya təqdim edib.

* * *

Saat 11.46

Bakı. Hafiz Heydərov - APA. Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən dəstə zərərsizləşdirilib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyunun 24-də paytaxtın Suraxanı rayonu ərazisində “LUKoil” yanacaqdoldurma məntəqəsinə basqın edərək oradan külli miqdarda pul və digər əşyalar oğurlayan 5 nəfərdən ibarət mütəşəkkil dəstənin üzvləri iyunun 25-də Suraxanı Rayon Polis İdarəsi və 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs ediliblər.

Onlardan maddi sübut kimi yanacaqdoldurma məntəqəsindən oğurlanan monitor və xüsusi geyim vasitələri götürülüb. Həbs edilən dəstənin üzvləri haqqından əlavə məlumat veriləcək.

Qeyd edək ki, məlum hadisə iyunun 24-ü saat 04.15 radələrində Qaraçuxur qəsəbəsində baş verib. Operatorların otağına daxil olan dörd nəfər maskalı silahlı şəxs kastetlə orada işləyən 26 yaşlı Elvin Kərimova başından xəsarətlər yetiriblər, 21 yaşlı Röyal İsmayılovu isə dəmir parçası ilə zərbələr endiriblər. Bundan sonra maskalı şəxslər onların əl-qolunu “skotç”la bağlayıblar.

Basqın nəticəsində 6 nömrəli “LUKoil” yanacaqdoldurma məntəqəsindən 5 min manatdan çox pul və videomüşahidə sisteminin bloku oğurlanıb. Ağır xəsarətlər almış E.Kərimov xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR