Göyçay sakini kanalda boğulub - VİDEO

Göyçay sakini kanalda boğulub - <span style="color: red;">VİDEO
# 20 iyun 2014 15:00 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda 27 yaşlı oğlan faciəli şəkildə dünyasını dəyişib.

APA-nın məlumatına görə, hadisə bu gün saat 17:00 radələrində Göyçayın Qaraxıdır kəndində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Elşad İntiqam oğlu Həmidov bu gün günorta saatlarında kənddə keçirilən toy mərasimində dostları ilə yeyib-içdikdən sonra yaxınlıqdakı su kanalında çimməyə gedib. Spirtli içki qəbul edən Elşad Həmidov dostları ilə birgə kanalda çimərkən qəflətən suda boğularaq dünyasını dəyişib. Məlumata görə, gənclərin hamısı spirtli içki qəbul etdikləri üçün ona kömək edə bilməyiblər. Kəndə çağırılan Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasının həkimləri bir uşaq atası olan Elşad Həmidovun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR