Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistana səfər edəcək

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistana səfər edəcək
# 06 dekabr 2013 02:31 (UTC +04:00)

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Əhməd Davudoğlu Kiyevdə keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası çərçivəsində baş tutmuş mətbuat konfransında bəyan edib.

Davudoğlunun sözlərinə görə, o QTİƏT sammitinə qatılmaq qərarını baş nazir Rəcəb Tayyib Ərdoğanla məsləhətləşdikdən sonra verib.

Xatırladaq ki, dekabrın 12-də Ermənistanın paytaxtı İrəvanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək.

Qeyd edək ki, Türkiyə və Azərbaycan XİN rəhbərləri Əhməd Davudoğlu və Elmar Məmmədyarov QTİƏT-ə üzv dövlətlərin XİN rəhbərlərinin İrəvanda keçiriləcək görüşünə dəvət olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR