Azərbaycan məhsulları Avropanın hər yerində maneəsiz satılacaq

Azərbaycan məhsulları Avropanın hər yerində maneəsiz satılacaq
# 06 sentyabr 2013 13:30 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda istehsal olunan məhsullar Avropanın istənilən ölkəsində sərbəst şəkildə satıla biləcək.

APA-Economics”in xəbərinə görə, bu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) yanında Dövlət Akkreditasiya Xidməti Akkreditasiya üzrə Avropa Əməkdaşlığı təşkilatına assosiativ üzv olmasında sonra mümkün olacaq.

SMPDK-nın nümayəndəsi Cavanşir Hüseynov bildirib ki, komitə yanında Dövlət Akkreditasiya Xidməti Akkreditasiya üzrə Avropa Əməkdaşlığı təşkilatına assosiativ üzv olmaq ərəfəsindədir: “Bu o deməkdir ki, məsələn, hər hansı bir müəssisə yeyinti məhsulu istehsal edir. O müəssisə öz laboratoriyasında bu sınaqları aparır, rəy verir. Daha sonra aidiyyəti qurumdan sertifikat aldıqdan sonra bu məhsul ixrac olunmağa hazır olur. Avropa isə birmənalı şəkildə, heç bir sınaq aparılmadan bizim məhsulları qəbul edəcək, yəni maneələr aradan götürüləcək. Bu sertifikat Avropanın hər yerində qəbul edilir”.

C.Hüseynovun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı danışıqlar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR