Qax rayonunda 5 tondan çox narkotik tərkibli bitki məhv edilib

Qax rayonunda 5 tondan çox narkotik tərkibli bitki məhv edilib
# 06 sentyabr 2013 13:07 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Qax rayonunda külli miqdarda narkotik tərkibli bitki məhv edilib. Qax rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata əsasən, şöbə əməkdaşları rayon ərazisində bitən narkotik tərkibli bitkilərin yerini müəyyən edərək məhv edilməsi istiqamətində "Xaşxaş-2013" şərti adı altında növbəti əməliyyat tədbiri keçiriblər. Keçirilmiş tədbir nəticəsində rayonun Cəlayir kəndi yaxınlığında meşə zolağının boş istifadə olunmayan 4 hektar ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkar edilib. Ərazidən ümumi çəkisi 5 ton 200 kq olan, 15300 ədəd narkotik tərkibli bitki olan çətənə kollarını yığılaraq yandırma yolu ilə məhv edib. Qax RPŞ-dən bildirilib ki, Xaşxaş-2013" şərti adı altında əməliyyat tədbirləri, 2013-cü ildə artıq 3-cü dəfədir ki, keçirilir. Narkotik tərkibli bitkilərin yerinin müəyyən edilərək dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR