Qubada iki maşın toqquşub, 3 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Qubada iki maşın toqquşub, 3 nəfər xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB
# 20 oktyabr 2013 21:33 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Oktyabrın 20-də axşam saatlarında Quba rayonunda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Quba-Qonaqkənd yolunun, Püstəqasım kəndi ərazisindən keçən hissəsində qedyə alınıb.

Xaçmaz rayon sakini, Seyfəddin İmamquliyevin idarə etdiyi 27 BJ 331 dövlət nömrə nişanlı “Daewoo nexia” markalı avtomaşınla əks istiqamətdə hərəkətdə olan Quba rayonu, Alekseyevka kənd sakini Məmməd Həsənovun idarə etdiyi 40 BD 733 qeydiyyatlı “Niva” markalı maşınla toqquşub. Qəza nəticəsində “Daewoo nexia” olan sərnişinlər sürücünün anası, 1965-ci il təvəllüdlü Məryəm İmamquliyeva, qızı 1997-ci il təvəllüdlü Aysel İmamquliyeva və “Niva”nın sürücüsü xəsarət alıb. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR