Nigeriyanın paytaxtında baş verən partlayış nəticəsində 21 nəfər ölüb, 17 nəfər yaralanıb

Nigeriyanın paytaxtında baş verən partlayış nəticəsində 21 nəfər ölüb, 17 nəfər yaralanıb
# 25 iyun 2014 23:01 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, nəticədə 21 nəfər ölüb, 17 nəfər yaralanıb.

Partlayışı "Boko Haram" terror qruplaşmasının törətdiyi ehtimal edilir.

Qruplaşma hökumətin devrilməsi və ölkə ərazisində şəriət qanunlarının tətbiqi uğrunda mübarizə aparır. 2014-cü ilin əvvəlindən Nigeriyanın yüzlərlə dinc sakini “Boko Haram” döyüşçülərinin qurbanına çevrilib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası “Boko Haram” radikal dini qruplaşmasını terror təşkilatlarının siyahısına daxil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR