İki ay ərzində Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə 771 müraciət daxil olub

İki ay ərzində Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə 771 müraciət daxil olub
# 08 oktyabr 2013 11:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Səhiyyə Nazirliyinin "Qaynar xətt" (9103) xidmətinə 2013-cü il avqust-sentyabr ayları ərzində 771 müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, daxil olmuş müraciətlərin 571-i (33-ü əsaslı, 348-i isə əsassız, 190-ı cari problemlərlə bağlı şikayət), 12-si - aidiyyəti üzrə deyil, 188-i sorğu xarakterli olub.

“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR