Azərbaycan şərabının ABŞ bazarına ixracı üçün iş aparılır

Azərbaycan şərabının ABŞ bazarına ixracı üçün iş aparılır
# 11 oktyabr 2013 12:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin sonuna kimi Azərbaycan şərablarının ABŞ bazarına ixracı mümkün olacaq.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Diplomatik Akademiyasında “Afrikada Biznes İmkanları” mövzusunda keçirilən təqdimatda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda ABŞ bir çox sahibkarlara ticarət əlaqələri üçün uzaq görünür: “Amma buna baxmayaraq, təkcə ötən il ərzində Azərbaycandan 600 min ABŞ dolları məbləğində müxtəlif yönümlü yeyinti məhsulları ixrac olunub”.

R.Məmmədov deyib ki, Azərbaycan sahibkarları ABŞ, Almaniya bazarına pessimist yanaşırlar: “Çünki orada təklif olunan tələb standartları bizim məhsulların ixracı üçün çətinlik yaradır. Amma buna baxmayaraq, Azərbaycan təkcə ötən il ərzində Almaniyaya 300 min tona yaxın şirə məhsul ixrac edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR