Rusiyanın sabiq daxili işlər naziri neft şirkətinin vitse-prezidenti olub

Rusiyanın sabiq daxili işlər naziri neft şirkətinin vitse-prezidenti olub
# 30 oktyabr 2013 07:08 (UTC +04:00)

Bakı - APA. MDB-nin icraçı katibi (2004-2007), Rusiyanın daxili işlər naziri (1999-2001), Rusiya Təhlükəsizlik Şurasının katibi (2001-2004) vəzifələrində çalışmış Vladimir Ruşaylo “Transneft” şirkətinin vitse-prezidenti təyin edilib.

APA-nın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, Vladimir Ruşaylo noyabr ayından şirkətdə təhlükəsizlik məsələləri üzrə vitse-prezident kimi səlahiyyətlərinin icrasına başlayacaq.

“Transneft” şirkətinin təhlükəsizlik xidmətində 14 min nəfər çalışır. Xidmətin sərəncamında 3 min ədəd silah var. Təhlükəsizlik xidmətinin əsas vəzifəsi neft kəmərlərini qorumaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR