Şəkinin mərkəzi bazarında yanğın baş verib

Şəkinin mərkəzi bazarında yanğın baş verib
# 02 fevral 2014 03:57 (UTC +04:00)

Bakı-APA. Fevralın 2-də saat 02:51-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki şəhərinin Mərkəzi bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi üçün hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində müvafiq işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR