Malayziya baş naziri itən sərnişin təyyarəsinin aqibətini açıqlayıb - FOTO

Malayziya baş naziri itən sərnişin təyyarəsinin aqibətini açıqlayıb - <span style="color: red;">FOTO
# 24 mart 2014 16:04 (UTC +04:00)

Bakı-APA. Bu gün Malayziya baş naziri Necip Rezak martın 8-də radarlardan itən sərnişin təyyarəsinin Hind okeanının cənubunda qəzaya uğradığını açıqlayıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, N. Rezak “Malayziya Hava Yolları” şirkətinə məxsus təyyarədəki 239 sərnişinin hamısının həyatını itirdiyini bildirib.

Malayziya baş naziri təyyarənin aqibəti ilə bağlı məlumatı İngiltərənin “Inmarsat” peyk şirkəti və İngiltərə Hava Qəza Araşdırmaları Mərkəzindən əldə etdiklərini qeyd edib. Qurbanların ailələrinə göndərilən mesajda da yazılıb ki, Malayziya hökuməti təyyarənin Hind okeanının cənubunda düşdüyünü göstərən dəlilləri qəbul etmək məcburiyyətindədir, sərnişinlərdən heç biri sağ qalmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR