Bakı sakini qumbara satarkən tutulub, ondan beş qumbara, dörd alışdırıcı götürülüb

Bakı sakini qumbara satarkən tutulub, ondan beş qumbara, dörd alışdırıcı götürülüb
# 15 oktyabr 2013 10:25 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Malik Sergey Viktoroviç 3 ədəd qumbara və 2 ədəd alışdırıcını satarkən tutulub.

Onun evinə baxış zamanı daha 2 ədəd qumbara və 2 ədəd alışdırıcı da aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR