TÜRKSOY-un baş katibi, Volqoqrad vilayətinin qubernatoru və Tatarıstan prezidenti Azərbaycan dövlət başçısına təbrik məktubu göndəriblər

TÜRKSOY-un baş katibi, Volqoqrad vilayətinin qubernatoru və Tatarıstan prezidenti Azərbaycan dövlət başçısına təbrik məktubu göndəriblər
# 11 oktyabr 2013 13:33 (UTC +04:00)

Bakı – APA. TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, oktyabrın 9-da keçirilən azad və demokratik seçkilərin müvəffəqiyyətlə başa çatması və İ. Əliyevin Azərbaycan xalqının mütəşəkkil iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və şəxsən öz adından təbriklərini çatdırıb.

Rusiyanın Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenov və Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov da Azərbaycan dövlət başçısına təbrik məktubları ünvanlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR