“Bank Technique” yeni depozitini təqdim edib

“Bank Technique” yeni depozitini təqdim edib
# 11 iyun 2014 13:48 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Bank Technique” ASC, yeni məhsulu – “Sığortalı” depozitini təqdim edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, yeni depozitin əsas cəlbedici xüsusiyyəti, bura yatırılan vəsaitin, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən, 10 il ərzində dəyişilməz 9% dərəcəsi ilə sığortalanmasıdır. Belə ki, depozitin əmanətçiləri, vəsaitlərini yerləşdirdiyi andan etibarən bir ildən sonra, istənilən vaxt, pullarını məxaric etdikdə belə, faizlər illik 9% dərəcəsi ilə hesablanacaq.

Depozitdə faizlər aylıq hesablanır. Bu depozitə yerləşdiriləcək minimum, məbləğ 500 manat və ya ABŞ dollarıdır.

Üçüncü şəxsin xeyrinə də açıla biləcək depozit üzrə vəsaitlərini yerləşdirən müştərilərə bankın plastik kartı və səyahət sığortası paketi hədiyyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR