Azərbaycanın görkəmli alimi Süleyman Əliyarlı vəfat edib - VİDEO

Azərbaycanın görkəmli alimi Süleyman Əliyarlı vəfat edib - <span style="color: red;">VİDEO
# 16 yanvar 2014 22:12 (UTC +04:00)

APA-nın məlumatına görə, Süleyman Sərdar oğlu Əliyarlı 18 dekabr 1930-cu ildə Beyləqan rayonunun Şahsevən kəndində anadan olub. 1954-cü ilində Moskva Dövlət Universitetini fərqlənmə ilə bitirib. O, 1978-ci ildən 2001-ci ilədək, yəni 23 il Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasına başçılıq edib.

1989-2000-ci illərdə Azərbaycan Milli Məclisinin Yer Adları (Toponimiya) Komissiyasına başçılıq edib.

1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü olub.

1990-cu ildə “Azərbaycanın Əməkdar Elm Xadimi” fəxri adına layiq görülüb.

2002-ci ildə türkcə və ingiliscə çap olunmuş 26 cildlik "Türklər" ensiklopedik əsərin Yayın Kurulu heyətinin üzvü və müəlliflərindən biri olub.

150-dən çox elmi məqalə, 7 monoqrafiya, 8 kitab müəllifi olan Süleyman Əliyarlı 18 elmlər namizədi və 3 elmlər doktoru yetişdirib.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR