DBX Xəzərdə kefal balıqlarının ölüm hallarının araşdırılması ilə bağlı İrana müraciət edib - FOTO

DBX Xəzərdə kefal balıqlarının ölüm hallarının araşdırılması ilə bağlı İrana müraciət edib - <span style="color: red;">FOTO
# 13 mart 2014 08:17 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında DBX rəisi Siyalə Rüstəmova deyib.

O bildirib ki, kefal balıqlarının ölüm hallarının araşdırılması ilə bağlı nazirliyin göstərişi olub və DBX dərhal monitorinqlərə başlayıb: "Yaxşı haldır ki, bu günə kimi su hövzələrində balıq ölümlərinə rast gəlməmişik. Sahil boyu yerləşən ərazilərdən mütəmadi olaraq məlumatlar alırıq. Buna baxmayaraq, İran İslam Respublikasına rəsmi müraciət də göndərdik. Onlar bildirdilər ki, Mazandaran sahilində ölüm halları qeydə alınıb. Bizdə bu hal müşahidə edilmədiyi üçün heç bir qadağa tətbiq edilməyib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR