Prezident İlham Əliyev Böyük Britaniya baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisini qəbul edib

Prezident İlham Əliyev Böyük Britaniya baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisini qəbul edib
# 20 noyabr 2013 11:31 (UTC +04:00)

APA-nın məlumatına görə, Ç. Hendri yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə dövlət başçısını təbrik edib, Böyük Britaniyanın baş naziri Devid Kemeronun salamlarını və ən xoş arzularını ona çatdırıb.

Prezident İ. Əliyev Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Böyük Britaniya ilə müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində sıx əlaqələr yaradıldığını və əməkdaşlığımızın uğurla davam etdirildiyini bildirib.

Görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin perspektivləri, birgə layihələrin işlənilməsi, regional əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR