DİN ötən gecə Bakıda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb

DİN ötən gecə Bakıda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb
# 07 dekabr 2013 09:33 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dekabrın 7-si saat 00.10 radələrində Yasamal rayonu Moskva prospektində Abşeron rayon sakini Mehdi Məmmədov “Daewoo-Nexia” markalı avtomobili idarə edərkən onu yolun hərəkət hissəsində dayanmış, Gürcüstan vətəndaşı Bəhruz Abbasovun idarə etdiyi “Shaqman” markalı avtomobilə vurub. M.Məmmədov və sərnişinləri - İsmayıllı rayon sakini İsmət Xəlilov, Abşeron rayon sakini Yaqub Tağıyev və Ağdam rayon sakini Qurban Hacıyev hadisə yerində ölüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR