Bakıda Avrasiya Sement İstehsalçıları Forumu keçirilir - FOTO

Bakıda Avrasiya Sement İstehsalçıları Forumu keçirilir - <span style="color: red;">FOTO
# 21 oktyabr 2013 09:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu = APA-Economics. Bu gün Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və «Business Cem» Sement İstehsalçıları Birliyinin birgə təşkilatçılığı ilə Avrasiya Sement İstehsalçıları Forumu işə başlayıb.

«APA-Economics»in məlumatına görə, iki gün davam edəcək forumda sement istehsalı sahəsində fəaliyyət göstərən 14 ölkədən 70-dən artıq iri şirkətin nümayəndələri iştirak edir.

Tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib ki, Azərbaycan iqtisadiyyatında son 10 ildə ümumi daxili məhsulun həcmi 3,4 dəfə artıb. Onun sözlərinə görə, tikinti materiallarının istehsalı 2,5 dəfə, o cümlədən sement istehsalı 2,3 dəfə artıb: «Bu sahədə məhsul istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi 94%-ə yüksəlib. Bugünkü forum sement istehsalçıları arasında əlaqələrin inkişafında, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacaq».

Forumda Qazaxıstan Tikinti Materialları Sənayesi Assosiasiyasının prezidenti Maral Tompiev, Rusiya Milli İnşaatçılar Birliyinin sədr müavini Anatoliy Sedov, Rusiya Sement İstehsalçıları İttifaqının komitə sədri Vyaçeslav Boltenko, «Akkord» Sənaye-Tikinti İnvestisiya Korporasiyası İdarə Heyətinin sədr müavini Suat Calbiyik və digər qurumların rəsmi nümayəndələri öz şirkətlərinin fəaliyyəti barədə təqdimatlarla çıxış ediblər.

Forumda təmsil olunan şirkətlərin iştirakı ilə «Sementin xüsusi növlərinin istehsalı və tətbiqi» mövzusunda dəyirmi masa və müzakirələr keçirilib. Həmçinin, forum çərçivəsində «Sement sənayesi və bazarı» adlı 24-cü Beynəlxalq Sərgi keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR