İqtisad Universitetində 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib

İqtisad Universitetində 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib
# 28 may 2014 07:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib. ADİU-dən APA-ya verilən xəbərə görə, tədbirdə çıxış edənlər Şərqin ilk demokratik və parlamentli dövlətinin məhz Azərbaycanda qurulduğunu diqqətə çatdırıblar. Məruzəçilər ADR-in qısa müddətdə həyata keçirdiyi böyük işlər haqqında tədbir iştirakçılarına məlumat veriblər.

Digər çıxışçılar Azərbaycan Respublikasının müstəqilliyinin yenidən bərpa olunması, onun inkişafında Heydər Əliyevin dövlət quruculuğu sahəsində göstərdiyi xidmətlərdən, onun layiqli davamçısı olan prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.

Tədbir Xalq Cümhuriyyətindən bəhs edən filmin nümayişi ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR