ASA sığortaçıların keyfiyyət reytinqinin tərtib edilməsi təklif edib

ASA sığortaçıların keyfiyyət reytinqinin tərtib edilməsi təklif edib
# 03 aprel 2014 12:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Sığortaçılar Assossiasiyasının (ASA) Könüllü sığorta komitəsinin iclası keçirilib.

APA-Economics”in məlumatına görə, ASA-nın sədri Orxan Bayramov bildirib ki, sığorta şirkətlərinin nümayəndələrinin iştirak etdiyi iclasda könüllü sığorta sektoru ilə bağlı bir sıra vacib məsələlər müzakirə olunub.

Müzakirə olunan məsələlərdən biri ipoteka kreditləşməsi zamanı əmlakın sığortalanmasına aiddir. Qeyd edilib ki, uzunmüddətli müqavilələr zamanı sığortalanan əmlakın qiymətində dəyişikliklər baş verdiyi halda sığorta məbləğinin dəyişməz qalması müəyyən uyğunsuzluqlara səbəb olur. İclasda bu uyğunsuzluğun aradan qaldırılması üçün təkliflər səsləndirilib.

Toplantıda müzakirə olunan digər mühüm məsələ sığortaçıların keyfiyyət reytinqinin tərtib edilməsi olub. O. Bayramov burada beynəlxalq təcrübədən istifadənin vacibliyi qeyd edib. Bu reytinqlər şirkətlərin nə dərəcədə səmərəli və peşəkar işlədiyini müəyyən edəcək. Bu, müştərilərin şirkətləri vacib göstəricələrə görə seçməsinə yardım edəcək.

Digər müzakirə olunan məsələ yük sığortaları üzrə beynəlxalq təcrübədə tətbiq olunan vahid qaydaların tərcümə edilərək Maliyyə Nazirliyinə təsdiq üçün göndərilməsini təşkil etmək məqsədilə işçi qrupun yaradılması nəzərdə tutulub.

İclasda qeyd olunan məsələlər ətrafında geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR